Xaçatryan 5 milyon ödədi, azadlığa çıxdı
Bizi izləyin

Region

Xaçatryan 5 milyon ödədi, azadlığa çıxdı

Yerevan məhkəməsi yanvarda həbs edilən Ermənistan Ordusu Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryanı azad edib.

Publika.az xəbər verir ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və həbs-qətimkan tədbirini 5 milyon dram (12,5 min ABŞ dolları) girov müqabilində zaminliyə dəyişdirib.

İstintaqın məlumatına görə, 2024-cü il yanvarın 11-də Xaçatryan restoranda dava-dalaşda iştirak edib. Küçədə davam edən dava zamanı o, silahdan atəş açıb, mübahisə ilə heç bir əlaqəsi olmayan qonaqlardan birini təsadüfən yaralayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm