Region
Ara qarışacaq: Gürcüstanda qalmaqallı qanun yenidən parlamentə təqdim edilir
Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası “xarici agentlər” haqqında qanun layihəsini yenidən parlamentə təqdim edir.
Publika.az xəbər verir ki, bunu partiyanın icraçı katibi, parlamentdəki partiya fraksiyasının rəhbəri Mamuka Mdinaradze bildirib.
Qanun layihəsi praktiki olaraq əvvəlkindən fərqlənmir. Mdinaradzenin dediyi kimi, ona yalnız bir dəyişiklik ediləcək: “xarici təsir agenti” ifadəsi əvəzinə “xarici maraqları güdən təşkilat” ifadəsi işlədiləcək.
Hakim partiya hesab edir ki, qanunun qəbulu “ekstremizmi və inqilabi prosesləri” maliyyələşdirən qeyri-hökumət təşkilatlarının şəffaflığını təmin edəcək.
Keçən il “Gürcü arzusu” artıq “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təqdim edib. Sənəddə 20 faizdən çox xaricdən maliyyələşən bütün qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin göstərildiyi reyestrin yaradılması nəzərdə tutulurdu. 2024-cü il martın 7-də Gürcüstan parlamenti kütləvi etirazlara səbəb olan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Yerli medianın hesablamalarına görə, həmin gün parlament binası yaxınlığında qırx minə qədər insan toplaşıb.
Etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb, nəticədə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib. Gürcüstan Daxili İşlər Nazirliyi etirazçılar arasında itkilər barədə məlumat verməyib, yüzdən çox adam saxlanılıb. Martın 8-də aksiya yenidən başlayıb və martın 9-da səhər saatlarında “Gürcü arzusu” və “Xalqın gücü” hərəkatı bu qanun layihəsini parlamentdən geri götürüb.
Tural
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı










.jpg)























.jpg)



