Ankarada güclü yanğın oldu
Bizi izləyin

Region

Ankarada güclü yanğın oldu

Ankaranın Yenimahalle rayonunda avtomobil şinləri və tullantıların yerləşdiyi sənaye sahəsində güclü yanğın baş verib.

Publika.az xəbər verir ki, günorta saatlarında naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə böyüyərək geniş əraziyə yayılıb.

Bölgəyə müxtəlif rayonlardan 80-ə yaxın yanğınsöndürən cəlb olunub.

Yanğın nəticəsində səmada sıx tüstü təbəqəsi əmələ gəlib. Hadisə zamanı iki avtomobil yanaraq kül olub.

Hələlik hadisə nəticəsində həyatını itirən və ya yaralananlar barədə məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm