Rəisinin ölümü bu bölgədə gərginliyi artıracaq - Moskva xəbərdarlıq etdi
Bizi izləyin

Region

Rəisinin ölümü bu bölgədə gərginliyi artıracaq - Moskva xəbərdarlıq etdi

İran prezidenti İbrahim Rəisinin ölümü Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu proqnozla Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski çıxış edib.

“Yaxın Şərqdə vəziyyət həqiqətən o qədər gərgindir ki, hər şey ona təsir edə bilər. Bu, vəziyyətdən necə istifadə olunacağından və nəticələrinin nə olacağından asılıdır ”, - diplomat bildirib.

Eyni zamanda, Polyanski istintaq başa çatana qədər nəticə çıxarmağa tələsməməyə çağırıb. O qeyd edib ki, hazırda bütün tərəflər təmkin nümayiş etdirib.

Bundan əvvəl İranın Baş Qərargahı Rəisi və bir neçə nəfərin həyatına son qoyan təyyarə qəzası ilə bağlı ilk araşdırmanı dərc edib. Bildirilib ki, dağıntılar üzərində döyüş sursatı zərbəsinin izi tapılmayıb və helikopter yalnız dağla toqquşduqdan sonra alovlanıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm