Türkiyə XİN bu münaqişələrlə bağlı bəyanat yaydı
Bizi izləyin

Region

Türkiyə XİN bu münaqişələrlə bağlı bəyanat yaydı

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatında Myanmada son aylarda şiddətlənən münaqişələr və mülki əhali arasında artan itkiləri böyük narahatlıq hissi ilə izlədiklərini ifadə edən Türkiyə XİN bölgəyə humanitar yardımların çatdırılması ilə bağlı çağırış edib.

Bəyanatda deyilir: “Son günlərdə başda Rohinqa müsəlmanları olmaqla, Arakan əyalətindəki mülki əhaliyə qarşı edilən hücumlar və on minlərlə insanın yerindən didərgin edilməsinə yol açan hüquq pozuntuları ilə bağlı xəbərlər bizi dərindən kədərləndirir”.

Nazirlik münaqişə tərəflərini beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına əməl edərək mülki əhali və infrastrukturu qorumağa, zor tətbiq edilərək silah altına alınmalar da daxil olmaqla, etnik və ya dini münaqişələri artıracaq hərəkətlərdən çəkinməyə, təcili və fasiləsiz humanitar yardım göstərmək üçün bölgəyə girişə icazə verməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm