Rusiya Ermənistana başqa çarə qoymadı: əsas məqsəd bu idi... - Simonyan
Bizi izləyin

Region

Rusiya Ermənistana başqa çarə qoymadı: əsas məqsəd bu idi... - Simonyan

Rusiya hakimiyyəti Ermənistanı və erməni xalqını “atdı”, bizi aldatdılar.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

O, Rusiya XİN-in bəyanatı ilə tanış olmadığını və Ermənistan XİN-in adından heç nəyi şərh etmək fikrində və səlahiyyətində olmadığını deyib.

Qeyri-dost hərəkətlərə gəlincə, o, Rusiyaya 2020-ci ildən sonrakı hərəkətlərinə baxmağı tövsiyə edib. Parlamentin spikeri əlavə edib ki, Ermənistan özünü həmişə sadiq tərəfdaş kimi aparıb.

Onun sözlərinə görə, Ermənistan uşaq sadəlövhliyi ilə Rusiyanın onu tək qoymayacağına, “tərk etməyəcəyinə” sonuna qədər inanıb və ümid edib.

Onun fikrincə, Rusiya Ermənistana özünü müdafiə etməyə çalışmaqdan başqa çarə qoymayıb. Simonyan özünü müdafiə etmək cəhdini qeyri-dost münasibət kimi qələmə verməyi ədalətsizlik adlandırıb. Deyib ki, Rusiya Ukraynada müharibəyə hazırlaşdığı üçün Ermənistanı tək qoyub, Suriyada təyyarə vurulandan sonra Türkiyə ilə böyük sövdələşmə bağlanıb, son məqsədi bu bölgədə mümkün sanksiyalardan yan keçmək olub.

Onun fikrincə, bir daşla iki quş vurmaq məqsədi ilə həm sövdələşmə, həm də cəza var idi.

“Məqsəd bu idi ki, burada hökumət rusiyayönümlü olmalı, Rusiya və Belarus birliyinin üzvü olmalıdır. Çünki ruslar olmadan biz təhlükəsiz ola bilmərik. Biz ruslarsız mövcud ola bilmərik. İndi bizim günahımız odur ki, biz “yox” deyirik, biz dövlətik və suveren olmalıyıq”, - deyə Simonyan fikrini yekunlaşdırıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm