Tehran meri namizədliyini geri götürdü: Görün kimin xeyrinə addım atdı
Bizi izləyin

Region

Tehran meri namizədliyini geri götürdü: Görün kimin xeyrinə addım atdı

Tehran meri Əlirza Zəkani mühafizəkarlar qanadından daha iki namizədin - parlamentin spikeri Məhəmməd Bağır Qalibafın və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderinin nümayəndəsi Səid Cəlilinin xeyrinə prezident seçkilərində namizədliyini geri götürüb.

Publika.az xəbər verir ki, Zəkani bu barədə “X” səhifəsində yazıb.

“Mən seçki yarışının qanunla müəyyən edilmiş müddətinin sonuna çatmışam, lakin mərhum Prezident İbrahim Rəisinin kursunu davam etdirmək daha vacibdir. Mən Cəlili və Qalibafdan birləşməyi, inqilab qüvvələrinin qanuni tələblərini cavabsız qoymamağı və üçüncü Ruhani hökumətinin formalaşmasına imkan verməməyi xahiş edirəm”, - Zəkani bildirib.

Namizədliyini geri götürən Tehran meri ümidvar olduğunu bildirib ki, Cəlili və ya Qalibaf qalib gəlsələr, “haqqın və xalqın hüquqlarının müdafiəsinin tərəfində olacaqlar”.

İran beyin mərkəzlərinin seçki kampaniyası boyu keçirdiyi rəy sorğularının son nəticələrinə görə, seçki yarışında islahatçı Pezeşkiyan liderlik edir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm