Region
Gürcüstanda yaşı 90-dan yuxarı pensiyaçıların sayı açıqlandı
Gürcüstanda 851 400 pensiyaçı yaşa görə pensiya alır, onlardan 247 400-ü kişi, 604 mini qadındır.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Məlumata görə, pensiyaçıların əsas hissəsini yaşı 75-dən aşağı olan vətəndaşlar təşkil edir. Gürcüstanda 90 yaşdan yuxarı 12 100 pensiyaçı var ki, onlardan 2900-ü kişi, 9200-ü qadındır.
Pensiyaçıların demək olar ki, dörddə biri Tbilisidə yaşayır. İkinci yerdə İmereti bölgəsi, üçüncü yerdə isə Sameqrelo-Zemo Svanetidir. Pensiyaçıların ən az sayı Quriya, Mtsxeta-Mtianeti və Raça-Leçxumi - Zemo Svaneti bölgələrindədir.
Gürcüstanda qocalığa görə pensiya qadınlara 60, kişilərə isə 65 yaşdan sonra verilir.
2024-cü il yanvarın 1-dən dövlət pensiyasının məbləği yaşdan asılı olaraq 315 və 415 lari təşkil edir.
-
Hadisə12:57
"BakuBus" avtobusu TIR-la toqquşdu: Ölən və yaralılar var - VİDEO
-
Dünya11:56
Suriya lideri onun əlini sıxmadı - VİDEO
-
Magazin111:45
"Azərin hekayəsini bilirəm" - Təsirli PAYLAŞIM
-
Avropa10:55
Putinlə görüşdən sonra "yoxa çıxan" Fitso bu ölkədə tapıldı - VİDEO
-
Nida Xəbər 10:45
Braziliya AZAL təyyarəsinin “qara qutularını” deşifrə etməyə başladı
-
Dünya08:15
Rusiya təyyarəsi Şarm əl-Şeyxə məcburi eniş etdi
-
Magazin106:46
Renka qırmızıya büründü: "İlboyu pis qız olmuşam" - FOTOLAR
-
Elm və təhsil06:16
Ali məktəblərə keçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir?