Region
Paşinyanın mətbuat katibinin mənzilindən nələr oğurlandığı bəlli oldu
Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryana oğurluq nəticəsində təxminən 50 min dollar məbləğində ziyan dəyib.
Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Bundan əvvəl xəbər verilmişdi ki, fevralın 26-da İrəvanda Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın mənzili qarət edilib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bu cinayətdə əli olduğu iddia edilən qrupun üzvlərini taparaq saxlayıblar.
Nəşrin məlumatına görə, oğrular Bağdasaryanın evinə xüsusi açarla qapını açaraq daxil olublar.
Baqdasaryan özü isə hadisə ilə bağlı şərh verməkdən imtina edib. Bununla belə, nəşrin məlumatına görə, o, yaxınlarına bahalı zinət əşyaları, saatların oğurlandığını deyib.
"İlkin məlumatlara görə, oğrular ona 50 min dollar məbləğində ziyan vurublar. Amma bu, çox təxmini hesablamadır", - nəşr qeyd edir.
Xatırladaq ki, ötən il dekabrın sonunda Paşinyanın qudası, deputat Qraçya Akopyanın malikanəsindən pul, qızıl-zinət əşyaları və saatı oğurlanmışdı. Ümumi zərər təxminən 20 min dollar təşkil edib.
Tural
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik





































