Region
Ermənistan Elektrik Şəbəkələrinin səhmlərinin 100%-i beynəlxalq maliyyə təşkilatlarında girovdur
Ermənistanın Elektrik Şəbəkələri QSC-nin səhmlərinin 100%-i beynəlxalq maliyyə təşkilatlarında girovdadır. Ermənistan hökuməti özü bu əməliyyata 27 avqust 2021-ci ildə, sentyabrın 1-də isə Respublikanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası razılıq verib.
Publika.az xəbər verir ki, bu barədə “Factor.am” yazıb.
"Lakin qeyd etmək lazımdır ki, girov faktı şirkətin satışına və ya milliləşdirilməsinə maneə deyil (əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa). Belə hallarda onun girov müqaviləsi üzrə götürdüyü öhdəliklər də alıcıya keçir. Eyni zamanda sənədlərə əsasən, ESA-nın səhmlərinin yalnız 70%-i Karapetyanın sahibi olduğu “Taşir kapital”a məxsusdur.
Səhmlərin 30%-i başqa bir hüquqi şəxsə - Kiprdə qeydiyyatdan keçmiş “Liormand Holding Limited” şirkətinə məxsusdur.
Media 2015-ci ildə bu ofşor şirkətin də Samvel Karapetyanla bağlı olduğunu yazmışdı.
Maraqlıdır ki, şirkətin 2016-cı il hesabatında ESA səhmlərinin 100%-nin 28 dekabr 2016-cı ildə “Taşir” Şirkətlər Qrupuna verildiyi bildirilsə də, Ermənistanın Hüquqi Şəxslərin Dövlət Reyestrinə əsasən Samvel Karapetyan 2009-cu ildə ESA-nın real benefisiarı olub. ESA-nın 2024-cü il üçün hesabatına görə, şirkətə son nəzarət edən şəxs Samvel Karapetyan və ailəsidir.
Hesabatda o da bildirilir ki, 31 dekabr 2024-cü il tarixinə şirkətin nizamnamə kapitalının 100%-i hələ də beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlər qarşısında girovdadır. Yeri gəlmişkən, 2016-cı ildə ESA Ermənistan hökumətindən girov qarşılığında təxminən 6 milyard dram məbləğində kredit də alıb.
Ümumilikdə, ESA-nın kredit və kredit öhdəlikləri 2024-cü ilin sonunda 77,2 milyard dram (təxminən 200 milyon dollar) təşkil edib. Eyni zamanda, Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, şirkət 2024-cü ildə büdcəyə 12,3 milyard dram vergi ödəyib”, - “Factor.am” qeyd edir.
Tural
-
Nəqliyyat22:56Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır
-
Cənubi Qafqaz22:42Tbilisidə məşhur ticarət mərkəzi YANDI - YENİLƏNDİ
-
Region22:14Rza Pəhləvi Trampdan kömək istədi: İrana müdaxilə etməyə hazır olun!
-
Maraq dünyası22:0040 ildir izlənirdi: Dünyanın ən böyük aysberqi bir neçə günə parça-parça olacaq
-
MDB20:48Rusiya Qara dənizdə 2 gəmiyə zərbə endirdi: Ölü və yaralılar var - FOTO
-
Hadisə20:12Nəsimi Nəbizadənin qardaşı həbs olundu - YENİLƏNDİ
-
Nida Xəbər 19:20Azərbaycanda bu vəzifələr LƏĞV EDİLDİ
-
İdman19:00Makqreqor indi də ona “ilişdi”: 10 saniyəyə məğlub edərəm













.jpg)


















