Region
Türkiyədə korrupsiya əməliyyatı: Bu bələdiyyə sədrləri saxlanıldı - FOTO
Türkiyədə keçirilən korrupsiya əməliyyatı çərçivəsində Adana və Adıyamanın bələdiyyə başçıları gözaltına alınıb.
Publika.az xəbər verir ki, hər iki bələdiyyə sədri Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində Adana Böyükşəhər Bələdiyyəsinin sədri Zeydan Karalar və Adıyaman Bələdiyyəsinin rəhbəri Abdurrahman Tutdere bu səhər saxlanılıb. Onlarla birlikdə ümumilikdə 10-dan çox nəfər barəsində də gözaltı qərarı verilib.
Əməliyyat rüşvət və tender pozuntuları ilə əlaqədar aparılıb. İstintaqa tanınmış iş adamı Aziz İhsan Aktaşın adı da daxil edilib. İddialara görə, bəzi bələdiyyə rəhbərləri tender müqabilində rüşvət almaqda ittiham olunur.
Abdurrahman Tutdere Ankaradakı evində saxlanılıb və daha sonra İstanbul Polis İdarəsinə aparılıb. O, sosial şəbəkədə paylaşım edərək səhər saatlarında gözaltına alındığını təsdiqləyib. Zeydan Karalar isə Adanadakı evində – şəxsi villasına edilən əməliyyat zamanı yaxalanıb. Onun evi və bələdiyyə binasında axtarış aparılıb.
Əməliyyat çərçivəsində saxlanılan şəxslərin ifadələri alındıqdan sonra məhkəməyə təqdim olunacağı gözlənilir. Hazırda CHP rəhbərliyindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Akqabay
Hadisə Türkiyə siyasi gündəmində ciddi rezonans doğurub. Ekspertlər bu əməliyyatların təkcə hüquqi yox, eyni zamanda siyasi çalarlar da daşıya biləcəyini istisna etmir.
-
Sosial10:24Hövsanda sakinlərə kütləvi şəkildə borc yazıldı: Qalmaqal - VİDEO
-
Maraq dünyası10:02İnternetdə 15 il kişi adı ilə 100-ə yaxın qadını aldatdı - FOTO
-
MDB09:41Köhnə Yeni ili qeyd etməyin sirri: Keşiş izah etdi
-
Magazin209:00Daha bir əfsanəvi musiqiçi HƏYATLA VİDALAŞDI
-
ABŞ08:48Atasını, qardaşını, əmisini və daha 3 nəfəri qətlə yetirdi - ŞOK DETALLAR
-
Dünya08:24Dəhşətli təyyarə qəzası - Məşhur müğənni də HƏLAK OLDU
-
Magazin106:16Qızının ad günündən paylaşım etdi - VİDEO
-
Hadisə03:43Bakıda toy zamanı şadlıq sarayında YANĞIN - VİDEO


























.webp)









