Region
Türkiyədə kütləvi zəhərlənmə baş verdi

Türkiyənin qərbində Aydın vilayətində kağız fabrikində çalışan 50-yə yaxın işçi həkimə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Daxil olan məlumata görə, yeməkdən sonra 46 işçi ürəkbulanma və başgicəllənmə şəklində özünü pis hiss edib. Vəziyyətə operativ müdaxilə edən həkim briqadaları lazımi yardımı göstərib. Bütün zərərçəkənlər həmin gün evə buraxılıblar.
Hazırda Aydın Vilayət Səhiyyə Müdirliyi və Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinin mütəxəssisləri hərtərəfli araşdırma aparırlar. Mümkün qida zəhərlənməsinin səbəbini müəyyən etmək üçün istehlak edilən qidalardan nümunələr götürüblər.
Hüseyn İbadlı
-
Magazin122:40
"Onların adından Cabirin ailəsindən üzr istəyirəm"
-
İdman22:12
Qazaxıstanlı qadın Mbappenin alt paltarı ilə ZARAFAT ETDİ
-
Elm və təhsil22:00
Universitetə qəbul olunmuş şəhid xanımları: onları siz də tanıyın - FOTO
-
İdman20:26
Qarabağ atları stadionda dövrə vuracaq - FOTO
-
Magazin120:00
“Beş gün əvvəl Şuşada idik”
-
Magazin119:03
Verilişdə qəfil halı pisləşən aktor danışdı - VİDEO/YENİLƏNDİ
-
Nəqliyyat18:50
BDYPİ-dən küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
-
Sosial18:12
Nəzrinin ölümü ilə bağlı plastik cərrah Sənan Mehdiyevin MƏHKƏMƏSİ - Ekspert rəyi açıqlandı