Sadiq Xan Trampı ittiham etdi
Bizi izləyin

Region

Sadiq Xan Trampı ittiham etdi

Sadiq Xan Trampı ittiham etdi

London meri Sadiq Xan "The Guardian qəzetinə yazdığı məqalədə ABŞ Prezidenti Donald Trampın son illərdə dünyada ifrat sağçı siyasətdə fikir ayrılıqlarını qızışdırmaq üçün hamıdan çox iş gördüyünü iddia edib .

Publika.az xəbər verir ki, məqalədə deyilir:

“Prezident Donald Tramp və onun çevrəsi son illərdə bütün dünyada ifrat sağçı siyasətdə parçalanmaları qızışdırmaq üçün bəlkə də hamıdan çox iş görüb”.

Britaniya paytaxtının meri onu da bildirib ki, o, ABŞ-la yaxşı münasibətlərin saxlanmasının səbəblərini başa düşsə də, Britaniya Amerika liderinin tənqidindən qorxmamalıdır.

Xan deyib ki, ABŞ ilə xüsusi münasibət "bir-birinə qarşı açıq və dürüst olmağı nəzərdə tutur" və bəzən bu, tənqidi dilə gətirmək deməkdir. Siyasətçinin özü də öz növbəsində “qorxu və parçalanma siyasətini” rədd etdiyini bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm