Region
"Türkiyə silah ixracatına görə dünyada 11-ci yerdədir"
Türkiyə silah ixracatının həcminə görə dünyada 11-ci yerə çıxıb. Türkiyənin müdafiə sənayesi məhsulları 180 ölkəyə ixrac olunur. Lakin biz nail olduğumuzla kifayətlənməyəcəyik və müdafiə sektorunda idxaldan asılılığımızı tamamilə aradan qaldırmağı hədəfləyirik.
Publika.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığına ilk yerli istehsal olan “Altay” tankının təhvil verilməsi mərasimində bildirib.
Onun sözlərinə görə, ВМС şirkətinin yeni müəssisəsi ayda səkkiz “Altay” tankı və 10 “Altuğ” zirehli döyüş maşını istehsal etmək gücünə malikdir.
““Altay” tanklarının vacib komponentləri də daxil olmaqla, xarici təchizatçılardan istənilən asılılığı aradan qaldırmağa çalışırıq”, - deyə prezident Ankaranın yerli hərbi-sənaye kompleksinin inkişafında qətiyyətini vurğulayıb.
Türkiyə lideri hesab edir ki, məhdudiyyətlər və maneələr Türkiyənin bəyan etdiyi məqsədlərə doğru yolunu ləngidə bilər, lakin qarşıya qoyulan məqsədlərinə çatmasına mane ola bilməz. “Biz ya məqsədimizə alternativ yol tapacağıq, ya da yeni bir yol acacağıq”, - deyə Ərdoğan qeyd edib.
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO



































.jpg)


