Region
İran 1.5 milyon insanı ölkədən qovdu: Görün nə planlaşdırılır
Bu ilin ilk 6 ayında 1 450 000 qeyri-qanuni əcnəbi İrandan çıxarılıb.
Publika.az xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlar və Mühacirlərlə İş üzrə Mərkəzinin rəhbəri Nader Yar Əhmədi deyib.
Onun sözlərinə görə, proses təbii və qanuni şəkildə gedir və hakimiyyət yaxın vaxtlarda təxminən eyni sayda insanın ölkədən çıxmasını təşkil etmək niyyətindədir.
Bunlar əsasən əfqan əsilli şəxslərdir. Mərkəz rəhbəri qeyd edib ki, ilk addım bu şəxslərin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi olacaq ki, bu sənədsiz şəxslər ölkəni tərk edə bilsinlər.
Əhmədi əlavə edib ki, hakimiyyət ölkədə xarici miqrantların payının ümumi əhalinin təxminən üç faizini təşkil etməsini təmin etməyə çalışır.
Bildirilir ki, xarici vətəndaşların sayının əvvəllər 6 milyon olduğu İranda indi bu rəqəm 4 milyon yarıma qədər azalıb.
Adəm
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı








.jpg)






.jpg)
















