Region
Rusun pişiyi İstanbul hava limanını BİR-BİRİNƏ VURDU
İstanbul hava limanında yanğınsöndürmə və xilasetmə xidməti əməkdaşları rusiyalı qadının qaçan pişiyini təxminən 12 saat axtarıblar.
Publika.az xəbər verir ki, bu barədə "HavaSosyalMedya" məlumat yayıb.
Bildirilib ki, Rusiya vətəndaşı səhər saatlarında Lyublyanaya uçuşdan əvvəl hava limanındakı otelin qadın tualetində pişiyini buraxıb. Pişik lavabonun altındakı dəlikdən texniki bölməyə qaçıb. Xidmət əməkdaşları lavabonu söküb və divarın bir hissəsini dağıtsalar da, heyvanın izinə rast gəlməyiblər. Daha sonra onlar axtarışları termal kamera və istilik detektoru ilə davam etdiriblər.
Avadanlığın köməyi ilə pişik tapılıb və yemlə gizləndiyi dəlikdən çıxmağa razı salınıb. Heyvana heç bir zərər dəyməyib. Sahibəsi pişiyi ilə birlikdə növbəti reyslə hava limanını tərk edib.
Hüseyn İbadlı
-
Nida Təhlil 00:40Meksika CAR ilə oyunda ikinci qolu vurdu - YENİLƏNİR
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq11 İyun 21:48İran Hörmüz boğazını bağlayır







.jpg)




.jpg)


















