Region
Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə deyir ki...
Hazırda Ermənistan-Türkiyə sərhədinin açılması müzakirə olunmur.
Publika.az xəbər verir ki, bunu “RİA Novosti”yə Ankaradakı mənbə bildirib.
Agentliyin həmsöhbəti qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar prosesi davam edir.
"Hazırda biz konkret olaraq sərhədin açılmasından yox, münasibətlərin normallaşdırılmasından danışırıq. Bu, prosesin gedişindən asılı olacaq; hələlik konkret müddət yoxdur", - nəşrin mənbəsi bildirib.
Ermənistanla Türkiyə arasında 1991-ci ildən diplomatik əlaqələr yoxdur, Ankaranın təşəbbüsü ilə 1993-cü ildən isə ölkələr arasında dövlət sərhədi bağlanıb.
2021-ci ilin dekabrında hər iki tərəf münasibətlərin normallaşması üçün xüsusi nümayəndələr təyin edib. 2022-ci il martın 12-də Antalya Diplomatik Forumu çərçivəsində iki ölkənin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması da daxil olmaqla, ilkin şərt olmadan prosesin irəliləməsinə sadiqliklərini təsdiqləyiblər.
Tural
-
Nida Təhlil 00:40Meksika CAR ilə oyunda ikinci qolu vurdu - YENİLƏNİR
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq11 İyun 21:48İran Hörmüz boğazını bağlayır







.jpg)




.jpg)


















