Region
İstanbul hava limanında 78 reys ləğv olundu - YENİLƏNDİ
İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə 78 uçuş ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) və "AJet" şirkətlərinin yaydığı açıqlamada qeyd olunub.
Aviaşirkətlərdən bildirilib ki, ləğv olunan uçuşların 54-ü İstanbul Hava Limanına (THY), 24-ü isə Sabiha Gökçen Hava Limanına ("AJet") aiddir.
Xatırladaq ki, İstanbulda qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə yanvarın 12-si tətil elan edilib.
xxx
21:48
Yanvarın 12-sinə gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanında nəzərdə tutulan 54 uçuş (qalxış və eniş) təxirə salınıb.
Publika.az xəbər verir ki, bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin media müşaviri Yahya Üstün məlumat verib.
Onun sözlərinə görə, bu qərarın Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edildiyi, uçuşlarla bağlı ən son məlumatın THY-nin rəsmi səhifəsində yayımlanacağı bildirilib.
Qeyd edək ki, sabaha gözlənilən güclü qar yağışı səbəbindən İstanbulda təhsil ocaqlarında da birgünlük ara verilib.
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO
-
Digər10:55Yaxın vaxtlarda güclü zəlzələ olacaq?
-
Region10:39Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
-
Dünya10:12İsveçrə "Ölüm Mələyi" ilə bağlı gizli dosyeni açacaq
-
Region10:00Ermənistanda atışma - Generalın nəvəsi qıza görə adam vurdu
-
ABŞ08:30Dünyanın ən fəal terrorçusu məhv edildi - Tramp detalları açıqladı
-
ABŞ08:15ABŞ və İsrail İrana hücumları bərpa edəcək - Bu tarixdə
































.jpg)



