Region
İrəvandan Hakan Fidanın açıqlamasına cavab gəldi: Bütün regional tərəfdaşlara…
Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistanın daxili siyasi vəziyyəti və regional proseslərlə bağlı açıqlamalarına münasibət bildirib.
Publika.az xəbər verir ki, Fidan daha əvvəl bəyan etmişdi ki, Ermənistanda 2026-cı ilin iyun ayına təyin edilmiş parlament seçkiləri regional kommunikasiyaların yenidən açılması, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması üçün mühüm əhəmiyyət kəsb edəcək. O, həmçinin qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda rəy sorğularında liderdir.
"Biz görürük ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda rəy sorğularında liderdir. Biz onun bu prosesdə oynadığı konstruktiv rolu dəstəkləyirik. Bu istiqamət davam etməlidir", - Türkiyənin xarici işlər naziri bildirib.
Bu bəyanatları şərh edən Simonyan Türkiyənin Ermənistanın daxili işlərinə qarışması və ya konkret siyasi qüvvələrə dəstək verməsi ilə bağlı iddiaları rədd edib. Onun sözlərinə görə, söhbət ictimai sülh tələbinə dəstək və regional əməkdaşlığın inkişafından gedir.
"Mən Türkiyənin xarici işlər nazirinə və Ermənistan cəmiyyətinin mühüm hissəsinin sülh və genişlənmiş ticari-iqtisadi əməkdaşlıq, o cümlədən TRIPP layihəsi çərçivəsində arzularını dəstəkləyən bütün regional tərəfdaşlara minnətdarlığımı bildirirəm", - Simonyan bildirib.
Tural
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC


































