Region
Ərdoğan regiondakı vəziyyət barədə - Lazımi müdaxilə edilməzsə...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafındakı bölgədə davam edən münaqişəyə son qoymaq üçün müdaxilənin zəruri olduğunu, əks halda bunun bütün region və qlobal təhlükəsizlik üçün ciddi risklər yaradacağını bildirib.
Publika.az xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.
O qeyd edib ki, “Lazımi müdaxilə edilməzsə, bu münaqişə regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olacaq. Nəticədə yaranacaq iqtisadi və geosiyasi qeyri-müəyyənliyə heç kim dözə bilməz. Buna görə də, yanğın daha da yayılmadan əvvəl söndürülməlidir”.
Türkiyə prezidenti vurğulayıb ki, türklər əsrlər boyu İran xalqı ilə yan-yana sülh şəraitində yaşayıblar və gələcəkdə də bu münasibətlər davam edəcək. Onun sözlərinə görə, Ankaranın prioriteti atəşkəsə nail olmaq və dialoq üçün qapı açmaqdır.
"İran xalqının dərdinə şərikik. Savaşı dayandırmaq üçün diplomatik təmasları davam etdiririk" , - Ərdoğan əlavə edib. O vurğulayıb ki, İrana qarşı hücumlar beynəlxalq hüququn pozulmasıdır.
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR













.jpg)


.jpg)





















