Region
Fransanın XİN rəhbəri Azərbaycana təşəkkür etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Yaxın Şərq regionunda mövcud gərgin təhlükəsizlik vəziyyətini və artan hərbi eskalasiyasını müzakirə ediblər.
Nazirlər bölgədə vəziyyətin daha da kəskinləşməsinin regional və beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaratdığını qeyd edib, diplomatik səylərin və dialoqun bərpa olunmasının vacibliyini vurğulayıblar.
Fransanın Avropa və xarici işlər naziri yaranmış mürəkkəb şəraitdə Fransa vətəndaşlarının İran İslam Respublikasından təxliyyəsi prosesində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür ifadə edib və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Tərəflər Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. İki ölkə Prezidentinin Kopenhagen görüşü nəticəsində, qarşılıqlı maraq doğuran sahələrdə dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR













.jpg)


.jpg)





















