Region
İranın ərzaq qadağası: Ermənistan gözünü bu ölkələrə dikib
İranın ərzaq məhsullarının ixracına qoyduğu məhdudiyyətlərin Ermənistan bazarına ciddi təsir göstərməsi gözlənilmir.
Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Serqey Mixneviç danışıb.
Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Tehran martın 3-dən bütün ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını qadağan edib. Bəzi ekspertlər Ermənistanın xüsusilə süd bazarında çatışmazlıq yarana biləcəyindən narahatdır. Lakin baş nazir Nikol Paşinyan belə bir riskin olmadığını deyib.
Mixneviç qeyd edib ki, İran Ermənistan üçün süd, xama, kərə yağı və pendir idxalında mühüm tərəfdaşdır. Buna baxmayaraq, 2024-cü ildə Ermənistanın süd məhsulları idxalında İranın payı təxminən dörddə bir, Avrasiya İqtisadi İttifaqı ölkələrinin payı isə 48,84 faiz təşkil edib.
Ekspertin sözlərinə görə, Rusiya və Belarus İran tədarükünü qismən əvəz edə bilər. Lakin Ermənistanın bu ölkələrlə birbaşa sərhədi olmadığından, tədarüklər əsasən Gürcüstan üzərindən həyata keçirilir və bu, xüsusilə tez xarab olan məhsullar üçün çətinlik yarada bilər.
Adəm
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
ABŞ11:35Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr
-
Hadisə11:20Bakı İstintaq Təcridxanasının keçmiş rəisi vəfat etdi
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar






.jpg)




























