Region
Türkiyə İrana xəbərdarlıq etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan raketin Türkiyə ərazisinə düşməsindən sonra İrana müraciət edərək Tehrana "diqqətli olmağı" tövsiyə edib.
Publika.az xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ankara provokasiyalara uymayacaq, çünki "müharibəyə cəlb olunmağın nə olduğunu bilir".
Nazir qeyd edib ki, Türkiyənin hava məkanının qorunması ilə bağlı heç bir problem yoxdur.
"Biz bu mövzunu iranlı həmkarlarımızla müzakirə etdik və bildirdik ki, əgər bu, 'yolunu azmış' raketdirsə, bu, başqa məsələdir, yox əgər söhbət hadisənin təkrarlanmasından gedirsə, onda sizə diqqətli olmağı məsləhət görürük. Qoy İranda heç kim avantüralara yol verməsin", - deyə Fidan xəbərdarlıq edib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranla müharibəsinin fəsadları barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, münaqişənin uzanması bütün Yaxın Şərqdə vəziyyəti çətinləşdirəcək.
Hüseyn İbadlı
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı











.jpg)
























