Region
İran "Dəli" əməliyyatını başlatdı - 3-cü mərhələdə haralar vurulacaq?
İran hakimiyyəti ABŞ və İsrailə qarşı "Dəli" (Madman) adlı əməliyyat hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, plan 12 günlük müharibədən sonra, respublika rəhbərliyi yeni toqquşmanın qaçılmazlığını dərk etməyə başladıqda hazırlanıb. Mənbələr dəqiqləşdiriblər ki, əməliyyatın məqsədi münaqişəni təkcə İsrail və ABŞ üçün deyil, həm də ərəb ölkələri üçün həddindən artıq baha başa gələn bir vəziyyətə gətirməkdir.
Materialdan bəlli olur ki, əməliyyatın birinci mərhələsində İsrailə zərbələr endirilməsi, ikinci mərhələdə isə ərəb ölkələrindəki ABŞ hərbi bazalarına hücumlar planlaşdırılıb. Üçüncü mərhələdə İran mülki obyektlərə, o cümlədən hava limanlarına, otellərə və səfirliklərə zərbələr endirmək niyyətindədir. NYT yazır ki, İran artıq planın icrasına başlayıb.
Bir neçə saat əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, əgər ABŞ hakimiyyəti münaqişənin eskalasiyasına çalışırsa, onu da alacaq. Onun sözlərinə görə, istənilən gərginliyə görə məsuliyyət tamamilə Vaşinqtonun üzərinə düşəcək. Əraqçi vurğulayıb ki, İran "özünümüdafiə hüququnu həyata keçirməklə" məşğuldur.
Hüseyn İbadlı
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi






.jpg)









.jpg)


















