Region
Kürdlər İrandakı əməliyyatda iştirak edəcək? - Trampdan yeni reaksiya
ABŞ Prezidenti Donald Tramp kürdlərin İrana qarşı əməliyyatda iştirak etməsini istəmədiyini bildirib.
Publika.az xəbər verir ki, O, bu barədə jurnalistlərlə ünsiyyəti zamanı məlumat verib.
"Müharibə kürdləri cəlb etmədən də kifayət qədər mürəkkəbdir", - deyə qeyd edib.
ABŞ rəhbərinin sözlərinə görə, kürdlərin özlərinin nümayiş etdirdiyi hazırlığa baxmayaraq, Amerika tərəfi belə bir addımın əleyhinədir. Tramp vurğulayıb ki, Vaşinqton münaqişənin eskalasiyasının qarşısını almaq üçün onların quru döyüşlərinə cəlb olunmasında maraqlı deyil. O, öz mövqeyini həmçinin kürd iştirakçılar arasında mümkün itkilərin və yaralanmaların qarşısını almaq istəyi ilə əsaslandırıb.
Martın 4-də İsrailin "i24" telekanalı minlərlə kürd döyüşçüsünün İrana qarşı quru məməliyyatına başladığı barədə məlumat yayıb. Demək olar ki, dərhal sonra Amerikanın "Fox News" kanalı bu məlumatı təsdiqləsə də, ardınca çoxsaylı kürd rəsmiləri tərəfindən təkziblər səsləndirilib.
Hüseyn İbadlı
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı











.jpg)
























