Region
Pezeşkian yenə də qonşulara müraciət etdi: Biz qardaşıq
İran prezidenti Məsud Pezeşkian bu gün qonşu ölkələrlə bağlı daha bir açıqlama verib.
Publkika.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
"Biz qonşu ölkələrimizlə qardaşıq, amma İrana qarşı hər hansı bir hücuma cavab veriləcək", - Pezeşkian bildirib.
İran prezidenti, həmçinin deyib ki, Tehran qonşuları ilə dostluq və qardaşlıq münasibətləri qurmağa çalışır.
Bununla belə, o, ərazisinin İrana qarşı təcavüz üçün istifadəsinə icazə verən hər hansı bir ölkənin cavab tədbirləri ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
O əlavə edib ki, "İran heç vaxt zülmə boyun əyməyib və əyməyəcək də".
İran prezidenti bir gün əvvəl xalqa müraciətində bildirib ki, müvəqqəti idarəetmə şurası qonşu ölkələrə hücumların və raket atışlarının olmayacağını elan edib, əgər bu ölkələr İrana hücum etməsələr.
Pezeşkian həmçinin qonşu ölkələrdən üzr istəyib.
"Bizim başqa ölkələrə hücum etmək niyyətimiz yoxdur", - deyə o bildirib.
Tural
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi






.jpg)









.jpg)


















