Region
İran ABŞ-dan görün nə tələb edir...
İran atəşkəs barədə düşünməyə belə razılıq verməmişdən əvvəl ABŞ öz təcavüzü üçün əsaslandırmalar təqdim etməlidir.
Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "NBC" telekanalına müsahibəsində bildirib.
"Atəşkəs məsələsini nəzərdən keçirə biləcəyimiz məqama çatmazdan əvvəl onlar (ABŞ) bu təcavüzə niyə başladıqlarını izah etməlidirlər", - deyə o qeyd edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton və Tehran arasında saziş yalnız İranın tam təslim olmasından sonra mümkündür. Ağ Ev rəhbəri əlavə edib ki, kapitulyasiyadan və ya "böyük və məqbul lider" seçildikdən sonra ABŞ və müttəfiqləri İranı dağılmağa yaxın vəziyyətdən çıxarmaq üçün çalışacaqlar. O, İslam Respublikasına iqtisadi cəhətdən yaxşılığa doğru dəyişikliklər, eləcə də ölkənin həmişəkindən daha böyük, daha yaxşı və daha güclü olacağı bir gələcək vəd edib.
Daha sonra ABŞ Prezident Administrasiyası Amerika liderinin İranın "şərtsiz təslim olması" dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirib. Ağ Evdən bildirilib ki, bu, ABŞ prezidentinin İrandan artıq təhlükə gəlməyəcəyinə dair qərarı özünün verəcəyi mənasını daşıyır.
Hüseyn İbadlı
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı











.jpg)
























