Region
Ermənistan parlamentində Azərbaycan əsgərinə görə əlbəyaxa dava - VİDEO
Ermənistan parlamentində müxalifət və hakimiyyət deputatları arasında əlbəyaxa dava baş verib.
Publika.az xəbər verir ki, davaya səbəb Azərbaycan əsgəri Nəsimi Musayevin sərhədi heç bir maneə olmadan keçməsi və Ermənistan ordusunda qeyri-döyüş şəraitdə baş verən ölüm hallarıdır.
“Güclü Ermənistan” fraksiyası ordudakı ölüm və sərhəddə baş verən hadisələri araşdırmaq üçün istintaq komissiyası yaratmağı təklif edib.
Müzakirə zamanı hökumət və müxalifət deputatları qarşılıqlı ittihamlar səsləndiriblər. Parlamentin spikeri Ruben Rubinyan “Güclü Ermənistan” fraksiyasının katibi Tiqran Abramyanın “müdafiə nazirinin saxta olub-olmadığını öynəmək lazımdır” sözlərinə cavabında bildirib ki, hakim “Mülki müqavilə” partiyası hökuməti xalqın mandatı ilə formalaşdırıb.
“Güclü Ermənistan”ın deputatları partiyalarının lideri, milyarder Samvel Karapetyanın erməni dilində Rubinyandan yaxşı danışdığını bildiriblər. Rubinyan da təklif edib ki, Karapetyanla birlikdə erməni dilində esse və ya imla yaza bilərlər.
Daha sonra müxalifət deputatı Edqar Qazaryanın çıxışı zamanı zalda vəziyyət gərginləşib. Rubinyan Qazaryanın gündəmdən kənara çıxdığını əsas gətirərək, mikrafonunu söndürüb. Qazaryan da Rubinyanı dövlət vəsaitlərini israf etməkdə ittiham edib.
Bundan sonra hökumət və müxalifət deputatları arasında əlbəyaxa dava başlayıb. Spiker fasilə elan edəndən sonra dava dəhlizlərdə də davam edib.
Asif
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?








.jpg)








.jpg)



















