Putin İran Prezidenti ilə görüşəcək
Bizi izləyin

Region

Putin İran Prezidenti ilə görüşəcək

Putin İran Prezidenti ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda iranlı həmkarı Məsud Pezeşkianla görüşəcək.

Publika.az xəbər verir ki, bu barədə “Tehran Times” məlumat yayıb.

Pezeşkian Xəzər Ekologiya Sammitində, eləcə də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının Şurasında iştirak etmək üçün Türkmənbaşı şəhərinə gəlib. Onu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov qarşılayıb.

“Pezeşkian səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, bir sıra liderlərlə ikitərəfli görüşlər keçirəcək”, - deyə məlumatda qeyd olunub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm