Region
Türkiyənin ən böyük kardiologiya mərkəzində GÜCLÜ YANĞIN - VİDEO
İstanbulun Kartal rayonunda yerləşən Koşuyolu Yüksək İxtisas və Araşdırma Xəstəxanasının damında yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.
Sözügedən xəstəxana Türkiyənin iri kardiologiya mərkəzlərindən biridir. İstanbulun Asiya hissəsində yerləşən xəstəxana ölkənin hər yerindən gələn pasiyentləri qəbul edir.
"Milliyet" qəzetinin məlumatına görə, yanğın xəstəxananın əlavə korpusunda başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib və onlar alovu söndürməkdə davam edirlər.
"CNN Türk"ün redaktoru Arif Bayqut canlı yayımda bildirib ki, yanğın xəstəxananın əlavə korpusunun damında başlayıb, qatı tüstü artıq ətraf ərazini bürüyüb. Onun sözlərinə görə, yanğınsöndürənlərin əsas səyləri alovun aşağı mərtəbələrə və xəstəxananın əsas korpuslarına keçməsinin qarşısını almağa yönəlib.
“Hazırda bildiyimiz odur ki, yanğın xəstəxananın əlavə korpusunun damında başlayıb. Səbəb hələ müəyyən edilməyib. Qatı tüstü artıq ətrafı bürüyüb. Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Onların işi davam edir. Alovun aşağı mərtəbələrə və xəstəxananın əsas bloklarına çatmaması üçün böyük səylər göstərilir”, - Bayqut bildirib.
Xəstəxanadakı pasiyentlər təxliyə edilir. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur. Yanğının səbəbi müəyyən edilməyib.
Hüseyn İbadlı
-
Elm və təhsil22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin120:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin120:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin119:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı










.jpg)














.jpg)






.jpg)

