Region
Paşinyan tarix açıqladı: Ermənistan Aİ-yə üzvlük üçün müraciət edəcək
Ermənistan 2027-2028-ci illərdə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlük prosesinə başlamaq üçün rəsmi müraciət edə bilər.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, Brüsseldə səsləndirdiyi fikri bir daha təkrarlayaraq qeyd edib ki, bu, hələ üzvlük prosesinə hazırlığın başlanması demək deyil. Paşinyanın sözlərinə görə, Ermənistan xalqına verdiyi vədə uyğun olaraq alternativ istiqamətin formalaşdırılması üzərində işləyir.
Baş nazir Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində olmadığını vurğulayıb. Bununla belə, Aİİ tərəfdaşlarının İrəvan qarşısında bu məsələyə aydınlıq gətirmək və referendum keçirmək tələbini qaldırdıqlarını bildirib.
Paşinyan qeyd edib ki, Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi üçün əvvəlcə müəyyən prosedurlar tamamlanmalıdır:
“Prosesin bizi bu istiqamətə apardığı mənim üçün aydındır. Nəticədə 2027-ci və ya 2028-ci ildə Aİ-yə tamhüquqlu üzvlük prosesinə başlamaq məsələsi ilə bağlı rəsmi müraciət edəcəyik. Üstəlik, bununla bağlı qüvvədə olan qanun da var”.
Müəllif: Adəm
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi













.jpg)







.jpg)















