Region
Məhkəmədən Əkrəm İmamoğlu ilə bağlı qərar
Türkiyə Konstitusiya Məhkəməsi (AYM) İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun fərdi müraciətini rədd edib.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə onun şəxsi azadlıq və təhlükəsizlik hüququnun, eləcə də seçilmək və siyasi fəaliyyətlə məşğul olmaq hüququnun pozulduğu barədə iddialarını əsassız hesab edib.
İmamoğlu həbs qərarının hüquqi olmadığını, həbs müddətinin ağlabatan həddi keçdiyini, istintaq materialları ilə tanış olmaq imkanının məhdudlaşdırıldığını və məhkəmə orqanlarının müstəqil, qərəzsiz olmadığını iddia edərək Konstitusiya Məhkəməsinə müraciət edib.
O, həmçinin həbs müddətinin uzadılması ilə bağlı qərarların ona bildirilmədiyini və buna qarşı etirazının araşdırılmadığını bildirib.
Müraciətdə bu halların şəxsi azadlıq və təhlükəsizlik hüququnu pozduğu, həbs tədbirinin isə seçilmək və siyasi fəaliyyətlə məşğul olmaq hüququna müdaxilə olduğu vurğulanıb.
Konstitusiya Məhkəməsi iddiaları açıq-aşkar əsassız hesab edərək fərdi müraciətin rədd olunmasına qərar verib.
Zümrüd Abidqızı
-
Hadisə17:01Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
-
Nida Xəbər 16:34TRIPP layihəsi Moskvanın hədəfinə xələl gətirdi: Rusiya nə planlaşdırır?
-
Region16:28Paşinyandan Rusiyaya mesaj: Sərhədlərimizi özümüz qorumalıyıq
-
Cənubi Qafqaz15:55İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda
-
Hadisə14:06Azərbaycanda tiktoker qadın saxlanıldı
-
Nida Xəbər 12:30Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi: Geniş türk dünyası ilə...
-
İdman12:24Dünyanın ən seksual futbolçusunun xəz paltoda cazibədar - FOTOLARI



















.jpg)





.jpg)










