Sosial
Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşdü
Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri çərçivəsində “Azersun Holding”in qonağı olub.
Publika.az xəbər verir ki, iki günlük səfər çərçivəsində “Azersun Holding”in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığın inkişaf perspektivləri və gələcək dövr üzrə strateji hədəflər müzakirə edilib.
Səfər proqramı çərçivəsində Murat Ülker üçün bazar ziyarəti də təşkil olunub. Ziyarət zamanı Azərbaycanın pərakəndə satış sektorundakı mövcud vəziyyət və “Ülker” markasının yerli bazarda təmsil olunması ilə tanışlıq baş tutub.
Görüşlərdə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan işgüzar əlaqələrin əhəmiyyəti vurğulanıb, mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Azersun Holding” və “Ülker” arasında əməkdaşlıq 2019-cu ildən etibarən davam edir. “Ülker” markasının Azərbaycandakı rəsmi distribütoru olan “Azersun Holding” brendin geniş çeşiddə məhsullarının ölkə ərazisində distribüsiyasını və istehlakçılara çatdırılmasını təmin edir.
-
Hadisə17:01Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
-
Nida Xəbər 16:34TRIPP layihəsi Moskvanın hədəfinə xələl gətirdi: Rusiya nə planlaşdırır?
-
Region16:28Paşinyandan Rusiyaya mesaj: Sərhədlərimizi özümüz qorumalıyıq
-
Cənubi Qafqaz15:55İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda
-
Hadisə14:06Azərbaycanda tiktoker qadın saxlanıldı
-
Nida Xəbər 12:30Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi: Geniş türk dünyası ilə...
-
İdman12:24Dünyanın ən seksual futbolçusunun xəz paltoda cazibədar - FOTOLARI












_(1).jpg)















.jpg)





.jpg)










