AŞ PA: Azərbaycanda referendum şəffaf və sakit keçib
Bizi izləyin

Rəsmi xronika

AŞ PA: Azərbaycanda referendum şəffaf və sakit keçib

Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş referendum milli qanunvericiliyə uyğun təşkil edilib və legitimdir.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında AŞ PA-nın müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri Aleksandr Nikoloski deyib.

Onun sözlərinə görə, səsvermə prosesi şəffaf olub və sakit keçib: "Biz Azərbaycan xalqını referendumun sakit keçirilməsi ilə təbrik etmək istəyirik. Biz Azərbaycanı AŞ PA-nın həmməruzəçiləri ilə əməkdaşlığı davam etdirməyə çağırırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm