Rəsmi xronika
Azərbaycan-Venesuela iqtisadi əlaqələrinin perspektivləri nəzərdən keçirilib
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə oktyabrın 22-də ölkəmizdə rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb.
Publika.az xəbər verir ki, Baş nazir Artur Rasizadə Azərbaycan ilə Venesuelanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu bildirib, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayıb.
Artur Rasizadə iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib, digər sahələrdə də əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında söhbət gedərkən, münaqişənin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi qeyd edilib.
Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident Nikolas Maduro müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğunu bildirib.
Həmçinin turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO