Rəsmi xronika
Kəmaləddin Heydərov Biləsuvarda qəbul keçirdi
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 26-da Biləsuvarda vətəndaşları qəbul edib.
Publika.az xəbər verir ki, Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda Şirvən şəhər, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq strukturları rəhbərlərinin də qatıldıqları qəbul zamanı K.Heydərova edilən müraciətlər müxtəlif məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Qəbul zamanı bəzi vətəndaşlar şəxsi məsələlərlə də bağlı nazirə müraciət ediblər. Bütün müraciətlərə həssaslıqla yanaşılıb.
FHN-nin səlahiyyətinə aid olmayan məsələlərin əlaqədar təşkilatlara çatdırılmasından ötrü onlar nəzarətə götürülüb.
Kadr və digər məsələlərlə bağlı 100-ə yaxın vətəndaş nazir müavinləri və FHN-nin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ
-
Dünya14 Yanvar 21:25Saatlar qaldı: ABŞ İrana hücum edəcək













.jpg)





















