"Borussiya" onlarla yolları rəsmən ayırır: Biri türkdür
Bizi izləyin

İdman

"Borussiya" onlarla yolları rəsmən ayırır: Biri türkdür

"Borussiya Dortmund" klubunun idarəedici direktoru Lars Rikken müdafiəçi Niklas Süle və yarımmüdafiəçi Salih Özcan ilə müqavilələrin uzadılmayacağını açıqlayıb.

Publika.az xəbər verir ki, hər iki futbolçu mövsümün sonunda komandadan ayrılacaq.

“Bu həftə hər iki futbolçu ilə açıq və qarşılıqlı hörmət şəraitində söhbət etdik. Nəticədə qərara gəldik ki, mövsüm başa çatdıqdan sonra Niklas və Salihlə yollarımız ayrılacaq”, - deyə o bildirib.

Qeyd edək ki, 30 yaşlı almaniyalı Süle və 28 yaşlı türkiyəli Özcan 2022-ci ildən etibarən "Borussiya Dortmund"un formasını geyinirlər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm