Rəsmi xronika
“Qarabağda münaqişə yenidən alovlana bilər” - Prezidentin köməkçisi
“Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər, çünki
bu, geosiyasi oyunların nəticəsidir”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici
əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “RİA Novosti” agentliyinə
müsahibəsində deyib.
Qarabağ münaqişəsi geosiyasi oyunların
nəticəsidir
N.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır
davam edir və Azərbaycanın 20 faiz ərazisi Ermənistan işğalındadır:
“Bu münaqişə nəticəsində bir milyondan çox insan qaçqın və məcburi
köçkün vəziyyətində yaşayır. Lakin nədənsə problemin “dondurulmuş
münaqişə” kimi təqdim edilməsi cəhdləri zəifləmir. İnamla təsdiq
etmək olar ki, münaqişə geosiyasi oyunların nəticəsidir”.
Onun sözlərinə görə, bu oyunlar davam etdiyi müddətdə nəticə
dəyişməyəcək.
“Beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün bərpasını
dəstəkləyirlər, lakin birmənalı mövqe tutmamağa üstünlük verirlər.
Biz həmsədr ölkələrdən və beynəlxalq ictimaiyyətdən münaqişənin
ədalətli həlli üçün konkret addımlar gözləyirik”, - deyə o
bildirib.
Beynəlxalq münasibətlərdə ədalət yoxdur
N.Məmmədov beynəlxalq münasibətlərdə ədalətin olmadığına diqqət
çəkib: “İndi beynəlxalq münasibətlərdə müvəffəqiyyət haqda danışmaq
çox çətindir, çünki dünya Varşava müqaviləsinin ləğvindən sonra
ədalət prinsiplərini saxlamağı bacarmadı. Buna görə də dünya
ədalətin yoxluğu ilə üzləşdi. Əgər beynəlxalq münasibətlərdə ədalət
yoxdursa, hansı universal dəyərlər haqda danışmaq olar?!”.
Prezidentin köməkçisi əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli qiymətləndirilməsi maneələrlə
rastlaşır.
Rusiyanın bu addımlarını təəccüblə qarşıladıq
N.Məmmədov Azərbaycanın Rusiya ilə əməkdaşlığı genişləndirmək
arzusunda olduğunu bildirib.
“Azərbaycan xarici siyasətində strateji tərəfdaşlarının, o cümlədən
Rusiyanın maraqlarını nəzərə alır. Bakının planlarında Rusiya ilə
əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi daxildir.
Rusiya ilə Azərbaycanın bağlarının yüzillik tarixi var. Biz yüksək
əməkdaşlığa malikik”, - deyə o qeyd edib.
Lakin N.Məmmədov onu da əlavə edib ki, Rusiya Federasiyasının Ali
Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin
qeydiyyatının ləğvi, həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin
Bakı haqda bir sıra sərt bəyanatları Azərbaycan paytaxtında
təəccüblə qarşılandı.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu