Rəsmi xronika
Azərbaycanın gənc alimləri Prezident İlham Əliyevə müraciət etdi
Azərbaycanın gənc alimlərinin I qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər.
Trend-in məlumatına görə, müraciətdə bildirilir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən dövlət siyasəti nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkiaf edib, beynəlxalq aləmdə ölkəmizin strateji mövqeləri kifayət qədər möhkəmlənib.
Müraciətdə gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində neft kapitalının insan kapitalına çevrilməsi hədəfinə nail olunduğunu və Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd ediblər.
Bildirilib ki, ölkədə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən olan dövlət gənclər siyasəti nəticəsində gənc nəslin hərtərəfli inkişafı, yaradıcı və innovativ potensialının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların fəal iştirakının təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Müraciətdə intellektual gəncliyin biliklər iqtisadiyyatı quruculuğu sahəsindəki rolunun yüksəldilməsi, dövlət idarəçiliyinə cəlb olunması, təhsil və məşğulluq sahələrinə diqqətin artırılması istiqamətindəki tədbirlərin diqqətəlayiq olduğu vurğulanıb.
Qurultay iştirakçıları görülən bu işlərin, eləcə də milli dəyərlərə sadiq, yüksək bilik və bacarıqlara malik gəncliyin yetişməsi yönündə atılan addımlar və yaradılan şəraitin onlara böyük stimul verdiyini bildiriblər.
Sonda gənc alimlər dövlət siyasətini daim dəstəkləyəcəklərini, biliklər iqtisadiyyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcəklərini, Azərbaycanın elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulmasında səylərini daha da gücləndirəcəklərini qeyd ediblər.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat