Rəsmi xronika
Təhsil Nazirliyinə 3 915 000 manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında cəmi 748 şagird yerlik modul tipli 11 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 915 000 (üç milyon doqquz yüz on beş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
-
İdman06:14
Şumaxerin ailəsinə təzminat ödəniləcək: Saxta müsahibəyə görə
-
İdman01:05
"Atalanta" "Bayer"i məğlub edərək çempion oldu - VİDEO/YENİLƏNDİ
-
Sosial00:30
Ərdoğan Sərvərə mükafatını təqdim etdi - FOTO
-
Qoroskop00:15
Günün qoroskopu: Mühüm qərarlar qəbul etməyin!
-
Region22 May 22:22
Rəisinin helikopterinin pilotları onlar olub - FOTO
-
Hadisə22 May 22:10
Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib? - VİDEO
-
Ekologiya22 May 21:05
Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək
-
Magazin222 May 20:45
Serenay keçmiş sevgililəri ilə əyləncə gecəsində - FOTO