Rəsmi xronika
İlham Əliyev general-leytenant Ruslan Auşevi qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib.
Publika.az-ın məlumatına görə, görüşdə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirin əhəmiyyətinə toxunuldu.
Ruslan Auşev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərindən məmnunluqla danışdı və Ulu Öndərin xatirəsini daim yad etdiyini bildirdi.
Prezident İlham Əliyev Ruslan Auşevin Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi və onun Ulu Öndərin xatirəsi ilə bağlı dediyi xoş sözlərə görə təşəkkürünü bildirdi.
Ruslan Auşev Bakıda gördüyü inkişaf proseslərinin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını vurğuladı, onların bu tədbirdə iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gəldiklərini dedi.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu