Rəsmi xronika
İlham Əliyev: Azərbaycan istənilən sahədə liderlik göstərir
Bu gün Azərbaycan istənilən sahədə - iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir.
Bunu Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən sakinlərlə söhbət zamanı deyib.
Dövlət başçısı bildirib: "Mən də çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Ölkəmizin uğurlu inkişafı bundan sonra da təmin ediləcək. Siz də qeyd etdiyiniz kimi, Azərbaycan xalqı sabitlik şəraitində yaşayır. Əmin-amanlıq, sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz indi dünyada baş verən hadisələri görürük, izləyirik. Harada ki, sabitlik pozulur, orada böyük faciələr baş verir. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan vətəndaşlarıdır, onların fədakarlığıdır, onların bizə göstərdiyi dəstəkdir. Biz bu dəstəyə arxalanaraq böyük işlər görürük. Bu gün Azərbaycan istənilən sahədə - iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir. Nəinki mərkəzdə, qəsəbələrdə də yollar çəkilir, qazlaşdırma gedir, su xətləri çəkilir, belə gözəl parklar salınır".
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu