Rəsmi xronika
Prezident İlham Əliyev Şəki və Qəbələyə səfər etdi - FOTOLAR
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.
****
İyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, uzunluğu 28 kilometr olan yol 13 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Prezident İlham Əliyevə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun ikinci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən iki kilometrlik avtomobil yolunun bərpası istiqamətində aparılan işlər barədə də məlumat verildi.
Bildirildi ki, yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişini təmin edəcək.
Dövlətimizin başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışdı və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verdi.
****
İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışda iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.
Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.
****
İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış olub.
Dövlət başçısına məlumat verilib ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir.
Prezident İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşüb.
Dövlət başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışıb, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğulayıb.
Prezident İlham Əliyev Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd edib.
Həkim Nəzakət Kərimova yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.
-
Sosial21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı - VİDEO
-
Sosial20:40
20 əsgəri ölümdən qurtaran SADİQ
-
Nəqliyyat19:10
Noyabrın 10-dan bu marşrutlar pulsuz olacaq
-
Dünya18:50
Türkiyədə güclü zəlzələ oldu
-
Magazin218:40
7 illik evliliyi bitirən səbəb: Ebru Şallının ərindən şok ittiham
-
Nida Xəbər 17:47
Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi
-
Nida Xəbər 16:39
Azərbaycan XİN-dən Fransaya çağırış
-
Magazin116:17
Pərvin Abıyeva paylaşımı ilə diqqət çəkdi - FOTO