"Türkiyə və Ermənistan arasında aparılan prosesi dəstəkləyirik" - İlham Əliyev
Bizi izləyin

Rəsmi xronika

"Türkiyə və Ermənistan arasında aparılan prosesi dəstəkləyirik" - İlham Əliyev

“Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəkləyir”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesi və Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq proseslərdir, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm