Rəsmi xronika
Azərbaycan prezidentinin BƏƏ səfəri ərəb mediasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri bu ölkənin mediasının diqqət mərkəzində olub.
Publika.az xəbər verir ki, BƏƏ-nin WAM agentliyi, “Emarat əl Yom”, “Əl İttihad”, “Əl Xalic”, “Əl Bəyan”, “24.ae”, “Al-Ayn”, “Emarat News” qəzet və portallarında Əbu-Dabidəki Əl-Şati sarayında Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü haqqında geniş xəbərlər və məqalələr dərc edilib.
Materiallarda diqqətə çatdırılıb ki, dövlət başçılarının söhbəti zamanı iki dost ölkənin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd edilib ki, tərəflər Azərbaycanla BƏƏ arasında bərpa olunan enerji və iqtisadiyyatın şaxələndirilməsi üzrə digər sahələrdə planlar, konstruktiv birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Eyni zamanda, bildirilib ki, dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən BƏƏ-nin ev sahibliyi edəcəyi COP-28 iqlim sammiti, bu mötəbər tədbirdə yaşıl iqtisadiyyat sahəsində proqramların təqdim edilməsi məsələlərini də müzakirə ediblər. Xəbərlərdə diqqətə çatdırılıb ki, prezidentlər İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin müxtəlif sahələrdə böyük uğurlar qazandığını da qeyd ediblər.
Prezident İlham Əliyevin həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü BƏƏ-nin televiziya kanalları tərəfindən də geniş işıqlandırılıb. “Abu Dhabi TV”, “Al Emarat”, “Baynunah”, “Dubai TV”, “Al Dafra” telekanalları dövlət başçılarının müzakirə etdikləri məsələlər haqqında reportajlar yayıblar.
Müxtəlif KİV-lərdə yayılan xəbərlərdə, həmçinin Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalandığı vurğulanıb.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı





























.jpg)



.jpg)

