Dövlət Neft Fondunun büdcə layihəsi Prezidentə təqdim olunacaq
Bizi izləyin

Rəsmi xronika

Dövlət Neft Fondunun büdcə layihəsi Prezidentə təqdim olunacaq

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunacaq.

Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Azərbaycanın Baş naziri, RDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm