Rəsmi xronika
Azərbaycan lideri Banqladeşin Baş naziri ilə görüşdü - FOTO/YENİLƏNDİ
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub.
Publika.az xəbər verir ki, Qoşulmama Hərəkatının Zirvə görüşü çərçivəsində ölkəmizə səfərini və Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladan Şeyx Hasina dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.
Banqladeşin Baş naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin də qlobal iqlim dəyişikliyindən əziyyət çəkdiyini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanın COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda, Avropa təsisatları ilə əlaqələrinin bu istiqamətdə həmrəyliyin gücləndirilməsi işinə töhfə verəcəyini diqqətə çatdırdı.
Azərbaycan Prezidenti COP29-da iştirak etmək üçün Banqladeşin Baş nazirini ölkəmizə səfərə dəvət etdi.
Şeyx Hasina dəvəti məmnuniyyətlə qəbul etdi.
Görüşdə Banqladeşlə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, əczaçılıq, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycan-Banqladeş iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun yaradılmasının və iki ölkənin biznes dairələri arasında əlaqələrin qurulmasının vacibliyi vurğulandı.
Ölkələrimizin xarici işlər nazirləri və aidiyyəti dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi və siyasi məsləhətləşmələr mexanizminin yaradılması məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
xxx
18:48
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!






.jpg)

.jpg)




.jpg)



.jpg)

.webp)

















