Rəsmi xronika
İlham Əliyev Şimali Makedoniya prezidenti ilə görüşdü - Yeniləndi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
Publika.az xəbər verir ki, Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı təqdimatın olduğunu dedi. Mədəni diplomatiyanı dəstəklədiyini qeyd edən ali qonaq Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluğunu bildirdi. O, Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərimizin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı COP29-la əlaqədar Azərbaycana qarşı ədalətsiz təbliğatın aparıldığını vurğuladı.
Şimali Makedoniyada sərmayələr imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd etdi.
Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Şimali Makedoniya dövlətinin başçısını ölkəmizə, Qordana Silyanovska-Davkova isə öz növbəsində dövlətimizin başçısını Şimali Makedoniya rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olundu.
xxx
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Nəqliyyat17:031 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
-
Sosial16:49“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq
-
İdman16:00Cəmi iki gün əvvəl şad xəbər çatdırmışdılar, ayrıldılar - FOTO
-
Sosial15:19Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat14:57AYNA bu küçəni də zəbt etdi: Yolu daraltdı, qəza şəraiti yaratdı - Foto/Video
-
Sosial14:36Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı - VİDEO
-
İKT12:15"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı
-
Sosial12:06Pensiya alanların nəzərinə



























.jpg)









