Rəsmi xronika
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.
Publika.az xəbər verir ki, ölkəmizin bütün xristian icmasına cansağlığı və xoşbəxtlik arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir.
Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlət – din münasibətləri bərqərar edilmişdir. Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir. Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”.
Yeniliyin, gələcəyə inamın, insanlar arasında xeyirxahlıq və şəfqət duyğularının rəmzi olan Milad bayramının hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Qoy bu əziz bayram ailələrinizə sevinc və səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin”.
-
Ekologiya07:35
Xəzər dənizi ilə bağlı böyük təhlükə: Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ
-
ABŞ07:15
Tramp söz verdi: Baydenin qoyduğu bu QADAĞAnı ləğv edəcək
-
Hadisə01:00
AZAL-ın təyyarəsinin qara qutusu OXUNDU
-
Qoroskop00:10
Günün qoroskopu: Maliyyə məsələlərində diqqətli olun!
-
Hadisə6 Yanvar 23:55
Azərbaycan-İran sərhədində zəlzələ oldu
-
Sağlamlıq6 Yanvar 23:41
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? - VİDEO
-
Dünya6 Yanvar 22:20
Trüdo istefa verdi
-
Sosial6 Yanvar 21:43
Yanvar ayında daha 8 gün iş olmayacaq