Rəsmi xronika
İlham Əliyev bu komissiya ilə bağlı dəyişiklik etdi
“Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”yə dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, komissiyanın funksiyalarına aşağıdakı bənd əlavə olunub:
- dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinə dair normativ və metodiki sənədlərin layihələrinə rəy bildirir.
Bununla yanaşı, İdarələrarası Komissiyanın sədrinin vəzifələri artırılaraq aşağıdakı kimi təsnif edilib:
"İdarələrarası Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
İdarələrarası Komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;
İdarələrarası Komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
İdarələrarası Komissiyanın qərarlarını, iclas protokollarını və İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
İdarələrarası Komissiyaya daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;
dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından və hüquqi şəxslərdən İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı zəruri məlumatları, sənədləri və materialları alır;
İdarələrarası Komissiyanın fəaliyyətini təmin edən idarələrarası ekspert qrupları yaradır;
müqavilə əsasında dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatlarını, habelə ayrı-ayrı mütəxəssis və ekspertləri analitik-tədqiqat işlərinin aparılması üçün cəlb edir;
Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Katibliyin rəhbərini, Katiblik rəhbərinin təqdimatı əsasında Katibliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;
Katibliyin fəaliyyətinə nəzarət edir;
işçilərin say həddi daxilində Katibliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;
Katibliyin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, fərqlənən işçiləri İdarələrarası Komissiyanın təsis etdiyi döş nişanları ilə və fəxri fərmanlarla təltif edir;
qanunlarla, həmçinin Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir".
Bununla yanaşı, Əsasnamənin 9-cu hissəsi də yenilənib:
"İdarələrarası Komissiyanın iclasları sədr tərəfindən təsdiq olunmuş iş planı əsasında keçirilir.
Növbədənkənar iclaslar İdarələrarası Komissiya sədrinin və ya üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.
İdarələrarası Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir. Komissiya üzvünün iclasda iştirak etməsi mümkün olmadıqda, müzakirə edilən məsələlər barəsində onun fikri yazılı surətdə təqdim edilə bilər.
İdarələrarası Komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən İdarələrarası Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, İdarələrarası Komissiya sədrinin səsi həlledici hesab edilir.
İdarələrarası Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi iclas protokoluna əlavə edilir".
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO













.jpg)























